Dünya 15:19 25.04.2019

Panama Sənədlərinə görə 150 məhkəmə işi

Almaniyada Panama Sənədləri ilə əlaqədar 150 məhkəmə işinə start verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Maliyyə Naziri Tomas Şafer məlumat verib. O, bu günə qədərki ən böyük vergidən yayınma halı ilə qarşı-qarşıya olduqlarını dilə gətirib. İstintaq dövründə dövlət büdcəsinə 4,2 milyon vergi daxil etmək mümkün olub. 

Yaradılan xüsusi komissiya bu günə qədər Almaniyada 1500 şirkətə aid 290 min sənədi analiz edib. 

Qeyd edək ki, 2016-cı ildə yaradılan Tədqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu Panamadakı "Mossack Fonseca" hüquq şirkətinə aid 200 min sənədi nəzərdən keçirib. "Mossack Fonseca" çox sayda şirkət, siyasətçi, müğənni, idmançı və s. şəxslərə ofşor şirkətlər yaradaraq vergidən yayınmağa köməklik edib.

Gülşən