Ölkə 20:32 18.10.2020

Pandemiya dövründə Azərbaycan vətəndaşları hansı ölkələrə səfər edib?

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,9 dəfə azalaraq 1,1 milyon nəfər olub.

Ölkə vətəndaşlarının 30,9 faizi İrana, 27,7 faizi Gürcüstana, 19,5 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 dəfə, Türkiyəyə  gedənlərin sayı 3,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,5 dəfə azalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 76,7 faizi dəmir yolu və avtomobil, 20,8 faizi hava, 2,5 faizi  isə dəniz nəqliyyatından istifadə edib.

Mənbə: Oxu.az