phrase_var_qaynar. 11:41 04.03.2021

Pandemiya nə vaxt bitə bilər? - İnfeksionist

"Koronavirusun bitməsi haqqında epidemik proqnoz vermək mümkün deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib. Onun sözlərinə görə, bu günə kimi infeksiyanın bitməsi barədə verilən proqnozların heç biri düz çıxmayıb: 
 


"Hətta proqnoz verirdilər ki, yay aylarında isti olduğuna görə koronavirus infeksiyası azalacaq və yaxud bitəcək. Amma əksinə oldu, yayda koronavirus infeksiyasına yoluxanlar xəstəliyi daha ağır keçirdilər. Yəni, pandemiyalara epidemik proqnoz vermək mümkün deyil. Pandemiyanın yox olması üçün koronavirus infeksiyasının aşkar edildiyi ölkələrdə kütləvi vaksinasiya tətbiq edilməlidir”.

Vüqar Cavadzadə qeyd edib ki, koronavirus infeksiyası dünyanın 200-dən artıq ölkəsində yayılsa da, bu gün 70-80 ölkədə belə vaksinasiya aparılmır:

"Yəni, pandemiyanın qarşısını almaq üçün koronavirus infeksiyası aşkar edilən bütün ölkələrdə vaksinasiya tətbiq edilməlidir. Bu gün dünyada ədalətsiz vaksin bölgüsü var. Hansı ölkələrin maddi imkanı yaxşıdır onlar vaksini ala bilir. İmkanı olmayan ölkələr vaksinasiyadan kənarda qalıb. Bu halda pandemiyanın nə vaxt bitəcəyi barədə konkret vaxt demək mümkün deyil”.

Bahar Rüstəmli

Oxşar xəbərlər