Video 10:58 08.04.2021

Pandemiyadan sonra təhsil hansı formalarda olacaq? - Ekspert şərhi (VİDEO)

Təhsil eksperti Kamran Əsədov koronavirus pandemiyasından sonra təhsilin yenidən formalaşdırılmasının 3 yolunu təklif edib. 

Qaynarinfo xəbər verir ki, ekspert pandemiyanın dünyada milyonlarla insanın təhsil alma formasını dəyişdirdiyini bildirib:
 


Bundan sonra təhsil üçün yeni alətlər çox ehtiyac duyulan yenilikləri gətirə və rəqəmsal uçurumu nəzərə alsaq, təhsil yanaşmalarındakı yeni dəyişikliklər bərabərlik boşluqlarını genişləndirə bilər.

COVID-19-un təhsildə yaratdığı dəyişikliklər elə indidən bizə təhsilin uzunmüddətli perspektivdə daha yaxşıya və pisə doğru necə dəyişə biləcəyinə dair bir işıq ucu verir.

Yəni prosesin arxasınca gedənlər boşluqlarını 10 illərlə doldura bilməyəcək. Amma prosesə yön verənlər, daha böyük uğurlar qazanacaq. Biz hələ ki, birincilərdənik, yəni prosesin arxasınca gedirik. 

Gələcək dəyişikliklərə təsir edə biləcək üç istiqamət:

1. Təhsil dəyişməyə məcbur edilib. Ona görə də, dövlət bütün resurslarını səfərbər edərək hamını alətlərlə təmin etməlidir. Müəllimlərin vaksinasiya prosesini başa çatdırıb əlavə müəllim və əlavə əmək haqqı ilə keçirilməyən və zəif keçirilən dərsləri təkrar keçmək. 

2. Dövlət və özəl təhsilin tərəfdaşlığı vəziyyətdən çıxış üçün vacibdir. Yəni repititorlar, hazırlıq kursları, özəl liseyləri prosesə cəlb etməklə onların resursları, çevikliyi ilə tədrisdə yaranmış çatışmazlığı aradan qaldırmaq mümkündür. 

3. Rəqəmsal boşluqlar şagirdlər arasında fərqi genişlənə bilər. Bunun aradan qaldırılması üçün alternativ dərsliklər yaradılmalıdır. Hazırkı dərsliklərlə yola çıxmaq yolda qalacağımızı qaçılmaz edir. 

Daha sadə və yalnız vacib mövzuların olduğu dərslər hazırlanmalıdır. İbtidai sinif şagirdləri üçün səsli vəsaitlər hesabına oxuma, anlama vərdişlərini təkmilləşdirmək olar”.

Orxan Əhmədli