Dünya 12:12 12.07.2018

"Papa John's"un rəhbəri qalmaqallara görə istefa verdi

Amerikanın ən böyük pidza istehsalçılarından biri olan "Papa John's"un qurucusu Con Şnatter idarə heyətinin rəhbəri vəzifəsindən istefa verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, onun istefa verməsinə səbəb may ayında keçirdiyi konfransların birində çıxışı zamanı irqçi ifadələrə yer verməsinin ardından yaranan qalmaqal olub.

O, "Forbes" dərgisinə açıqlamasında irqçi ifadələrə yer verdiyini etiraf edib.

"Papa John's International" dünən Con Şnatterin istefa ərizəsini qəbul edib.

Şirkətdən verilən açıqlamada yeni idarə heyəti rəhbərinin önümüzdəki həftələrdə seçiləcəyi bildirilib.

Qeyd edək ki, Şnatter "Papa John's"u 1984-cü ildə yaradıb.
 
Çingiz Səfərli