Parklanma cərimələri fərqli şəkildə tətbiq edilməlidir  (EKSPERT)

Parklanma cərimələri fərqli şəkildə tətbiq edilməlidir (EKSPERT)

Dayanma-durma və parklanma ilə bağlı cərimələrin qayda pozuntusunun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun tətbiq olunması məqsədəuyğun olar.

Qaynarinfo xəbər verir ki, bunu "AVTO FM” radiosunun efirində qonaq olan​ nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib: "Avtomobillərini iki və üç zolaqlı yolun ikinci və ya üçüncü cərgəsində, səkidə və ya piyada keçidinin üzərində park edən şəxslərə tətbiq olunan cərimə məbləği daha çox ola bilər. Çünki, avtomobilini üç zolaqlı yolun ilk zolağında park etmiş şəxs ilə avtomobilini səkidə, piyada keçidində və ya yolun üçüncü zolağında park etmiş sürücü arasında fərq böyükdür".

Ekspert bildirdi ki, avtomobilini səkidə, piyada zolağında park etmiş sürücü orada hərəkət edən piyadaların hüquqlarını kobud şəkildə pozur: "Ümumiyyətlə, qayda pozuntusunun dərəcəsindən və yaranan təhlükəli vəziyyətin formasından asılı olaraq dayanma-durma və parklanma ilə bağlı fərqli cərimələrin tətbiqinə ehtiyac var".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image