Video 17:34 15.02.2019

Parlamentdə baş nazirin sifətinə mürəkkəb atdılar (VİDEO)

Albaniya parlamentində ana müxalifətdə olan Demokrat Partiyasının sədr müavini və eyni zamanda parlament sədrinin müavini Edi Paloka ölkənin baş naziri Edi Ramaya mürəkkəb atıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Makedoniyanın NATO-ya üzvlüyünün qəbul olunmasına dair protokolun müzakirəsi zamanı yaşanan gərginlik səbəbindən E.Paloka parlament sədri Qramoz Ruçi tərəfindən uzaqlaşdırılıb və müzakirəyə bir müddət ara verilib.

Fasilədən sonra Makedoniyanın NATO-ya üzvlüyünə dair protokol 130 millət vəkilinin səs çoxluğu ilə qəbul olunub.

Müzakirədə Şimali Makedoniyanın parlament sədri Tələt Cəfəri də iştirak edib.

Qeyd edək ki, daha öncə Yunanıstan və Sloveniya da Şimali Makedoniyanın NATO-ya üzvlüyünün qəbul olunmasına dair protokolu təsdiqləmişdi.