Paşinyan 2021-ci ilədək xalqdan vaxt istədi

Paşinyan 2021-ci ilədək xalqdan vaxt istədi

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.

Ermənistan KİV xəbər verir ki, o, Qarabağ fiaskosuna görə məsuliyyət daşımaqla yanaşı, ölkənin gələcəyinə görə də cavabdehlik daşıdığını söyləyib. Hökumət rəhbəri istefa verməyəcəyini və 2021-ci ilin iyun ayına qədər xalqdan vaxt istəyib.

"Mənim 2021-ci ilin iyununa qədər olan dövrü əhatə edən "yol xəritsə”si planım ölkəni rifaha gətirəcək. İndi ən önəmli olan, dövlətçiliyi möhkəmləndirmək və vətəndaşların respublikaya inamını bərpa etməkdir”.
 
Modern.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR