Paşinyan Azərbaycan polisinin İran maşınlarını yoxlamasını haqlı hesab etdi

Paşinyan Azərbaycan polisinin İran maşınlarını yoxlamasını haqlı hesab etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı açıqlama verib.

"Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, Paşinyan 2020 -ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkildiyini bildirib:

"Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir çox məqamı var və onları düzgün başa düşmək vacibdir. Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkilib. Bu hissədə Goris-Kafan yolu iki yerdə Ermənistan Respublikasının və ya keçmiş Sovet Ermənistanının hüdudlarından kənara çıxır. Məhz bu vəziyyət səbəbindən bizə tanış olan trafaretlər və məntəqələr məlum bölgələrdə ortaya çıxıb”. 

Paşinyan dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və yüklərin tranziti üçün razılıq əldə edildiyini xatırladıb:

"Düşünürəm ki, müqavilənin mətnində xaricdən gələn malların keçidi ilə bağlı heç bir bənd olmadığı üçün, Azərbaycan bu mexanizmi tətbiq edir”.

XƏBƏRLƏR
BLOGLAR
X