Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Qaynarinfo Ermənistan KİV-inə istinadən xəbər verir ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.
Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sarqsyan da Qarabağa gəlib.
Şərhlər