Paşinyanı ifşa etdilər:

Paşinyanı ifşa etdilər: "Əvvəlki kimi yalan danışır" (VİDEO)

2018-ci ildə Ermənistanda Azərbaycan ərazilərinin işğalı ideoloqlarının və icraçılarının gücünün devrildiyi inqilab, Dağlıq Qarabağ münaqişəsindəki status-kvonu qorumaq üçün 90-cı illərin sonlarından bəri Ermənistan dövlətini boğan müharibə cinayətkarlarının gücü Qarabağ probleminin diplomatik yollarla son həlli ilə Cənubi Qafqazda sülhün bərqərar olmasına səbəb olmalı idi. Nikol Paşinyan və onun komandasının yeni hökuməti bunu edə bilərdi, amma əksinə olaraq vəziyyəti yeni bir müharibəyə gətirib çıxardılar.
 
Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan "Vestnik Kavkaza”ya bildirib ki, Paşinyanın 2018-ci ildə Bakı ilə sülh bağlamaq üçün hər fürsəti var idi: "Mən Nikol Paşinyanı çox ciddi qınayıram; o, hakimiyyətə gəldikdən dərhal sonra barışığa getməli idi. O zaman bu müharibə olmazdı”. Asatryanın sözlərinə görə, prezident Levon Ter-Petrosyanın rəhbərliyi altında 90-cı illərdə respublikanı quran nəsildən olan bir çox Ermənistan vətəndaşının mövqeyi belə olub. "Bu prinsipial bir mövqedir. Mən ilk müharibənin ardından atəşkəsin təsdiqlənməsindən sonra Azərbaycanla sülhə can atan nəsildənəm. Onda tələblərimiz tanınmış siyasi qüvvələr tərəfindən rədd edildi”, - deyə o Robert Koçaryanın rəhbərlik etdiyi Qarabağ klanının 27 oktyabr 1999-cu ildə sülhə meyilli siyasətçilər - baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Dəmirçyanı fiziki olaraq məhv etdiyini xatırladıb.
 
Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan ölkənin baş naziri Nikol Paşinyanın feysbuk səhifəsində iki yazısı ilə əlaqədar bəyanatla çıxış edib.
 
Bu barədə Ermənistan mediası məlumat yayıb. Koçaryanın ofisinin rəhbəri bildirib ki, Baş nazir əvvəlki kimi xalqı aldadır. "Paşinyanın bugünkü iki yazısı haqqında: o, həmişəki kimi yalan danışır. Daha ətraflı növbəti həftənin gedişatında şərh edəcəm", - o sosial şəbəkədə yazıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR