Bu gün azərbaycanlı hakerlərdən ibarət "Anti-armenia Team" qrupu tərəfindən Ermənistanın Baş Naziri Nikol Paşinyanın rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.
"Qafqazinfo"nun xəbərinə görə, hücum nəticəsində veb-saytın xəbərlər hissəsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!" başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş "Valday 2019" forumundakı çıxışının video fraqmenti əlavə olunub.
Kiber-hücum əməliyyatı "Ferid23" və "LozariuS" kod adlı hakerlər tərəfindən həyata keçirilib.
Şərhlər