Foto 18:40 03.08.2021

“Patı” dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı (FOTO/VİDEO)

İyul ayının 30-da Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev narkotik maddə olan "patı”nı tanışı Əli adlı şəxsdən 20 manata aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nticəsində Əli adlı şəxsin kimliyi və yeri müəyyən edilərək Şəhər Baş Polis İdarəsinə gətirilib.

Qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Əli Babazadənin üzərinə baxış keçirilən zaman narkotik maddə olan "metamfetamin” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni tanışı Ceyhun Abdullayevə 20 manata satdığını etiraf edib.

Bundan başqa Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan "metamfetamin” əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Nadir Nağızadə saxlanılıb.

Saxlanılan şəxs ifadəsində narkotik maddəni şəxsi istifadəsi üçün əldə etdiyini etiraf edib. Aşkar edilən faktlara üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.

Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə "patı”, "şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.