Video 19:27 10.03.2019

Paytaxt sakini mağazadan aldığı yağı əridərkən dəhşətə gəldi (VİDEO)

Mağazadan alınan yağ evdə əridilərkən fərqli mənzərə ortaya çıxıb. Yağ qatılaşıb və rəngini dəyişib. Paytaxt sakini iddia edir ki, həmin məhsulu kərə yağı adı ilə alıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı sakini Azər Qaçayev iddia edir ki, dünən mağazadan aldığı yağ evdə əridilərkən qatılaşıb və rəngini dəyişib.

O, mütəmadi olaraq həmin yağdan alırmış. Ancaq indiyə qədər belə bir mənzərə ilə qarşılaşmayıb.

Qida üzrə ekspertlər deyirlər ki, bəzi hallarda yağların həcmini artırmaq və rəngini dəyişmək üçün tərkibinə müəyyən inqridentlər əlavə edilir. Belə yağlar insanlarda başlıca olaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola, orqanizimdə bir çox fəsadlar yarada bilər.

Qida Təhlükəsizliyi Agentliyindən isə "Xəzər Xəbər"ə bildirdilər ki, vətəndaşlar belə hallarla qarşılaşanda mütləq Agentliyin 1003 qaynar xəttinə məlumat verməlidir.

Bundan sonra məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək.