Ölkə 22:32 10.07.2020

Paytaxtın bu yolları bağlı olacaq (XƏBƏRDARLIQ)

Bu gün axşam saat 22:00-dan səhər saat 06:00-dək Şıxəli Qurbanov küçəsi və Tiflis prospektinin hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.