İdman 16:32 18.09.2021

Pele: "Sağlamlıq durumum yaxşıya doğru gedir"

Bağırsağında şiş aşkarlanandan sonra Braziliyanın Sao Paulo şəhərindəki Albert Eynşteyn adına xəstəxanada əməliyyat olunan Pele İnstaqram hesabından son durumu haqqında paylaşım edib.

Qaynarinfo xəbər verir ki, dəstəyə görə pərəstişkarlarına təşəkkür edən 80 yaşlı veteran futbolçu paylaşımında bunları yazıb: "Dostlar, sağlamlıq durumum yaxşıya doğru gedir. Bu gün ailə üzvlərim məni ziyarətə gəldi və hər gün gülümsəməyə davam edirəm". 

Pelemnin qızı Keli Nasimento da sosial media hesabında atası ilə çəkdirdiyi şəkli paylaşıb və hər şeyin yaxşıya doğru getdiyini bildirib.

Futbol tarixinin ən yaxşıları arasında göstərilən Pele, 3 dəfə dünya çempionatının qalibi adını qazanan (1958, 1962, 1970) yeganə futbolçudur.

Səbuhi Həsənov