Peruda kovd-19 virusuna qarşı mübarizə çərçivəsində qadın və kişilərin lazımi ehtiyaclarını ödəmək üçün fərqli günlərdə çölə çıxmaları barədə qərar qəbul edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Perunun dölət başçısı Martin Vizkarra açıqlama verib. Onun sözlərinə görə, yeni qərara əsasən həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar küçəyə çıxa biləcək. Bazar günü isə hər iki cinsin nümayəndələri evlərində qalmalıdır. Qayda aprelin 12-nə kimi davam edəcək.
Qeyd edək ki, bu vaxta qədər Peruda kovid-19 səbəbindən 55 nəfər həyatını itirib. Epidemiyaya yoluxanların sayı isə 1414 nəfərdir.
Camal
Şərhlər