Peskov: “Putin Nobel mükafatını almasa, deməli...”

Peskov: “Putin Nobel mükafatını almasa, deməli...”

Rusiya Prezidentinin Mətbuat Katibi c öz şefi Vladimir Putinin Nobel Sülh Mükafatına namizəd göstərilməsinə münasibət bildirib. 

Qaynarinfo RİA Novosti istinadla xəbər verir ki, Peskovun sözlərinə görə, Putin mükafatı qazanarsa, "əla” olacaq, almasa da, "eybi yoxdur". Peskov mükafat üçün müxtəlif şəxslərin namizədliyini irəli sürüldüyünü, təşəbbüsün də müxtəlif insanlardan gəldiyini və "namizədlərin nəzərdən keçirilməsinin müəyyən bir proseduru" olduğunu xatırladıb. Yəni bu mövzuda "bir şey demək çətindir", deyə Peskov fikrini tamamlayıb.

Xatırladaq ki, bu gün akademik, yazıçı Sergey Komkovun Putinin namizədliyi üçün Beynəlxalq Nobel Komitəsinə müraciət göndərdiyi məlum olub.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına iki dəfə namizəd olub. İlk dəfə təşəbbüs Norveçdən, ikinci İsveçdən gəlib. İsveç parlamentarisi Maqnus Yakobson Amerika prezidentinin Serbiya ilə Kosovo arasındakı münasibətlərin normallaşmasında vasitəçilik etdiyi üçün buna layiq olduğunu düşünür.

Jakobson Ağ Evin rəhbəri ilə birlikdə Serbiya və kosovalı səlahiyyətliləri mükafata namizəd göstərdiyini də söyləyib.

Bu il üçün başqa bir namizəd müxalifət lideri Aleksey Navalnıdır. Onun namizədliyi rus məsələsi ilə məşğul olan universitet müəllimləri tərəfindən irəli sürülüb.

Xatılarladaq ki, Stokholmda bu il dekabr ayında keçirilməsi nəzərdə tutulan ənənəvi Nobel mükafatı mərasimi Avropanı bürüyən ikinci koronavirus dalğası səbəbiylə ləğv edilib.

Nobel Komitəsi mükafatlandırma mərasiminin onlayn olacağını bildirib. Təşkilatçılar bunu İsveç paytaxtındakı Kral Bələdiyyə Sarayından aparacaqlar və laureatlar uzaqdan əlaqə saxlayacaqlar. Qala ziyafəti olmayacaq.

"Bələdiyyə binasından canlı yayım və mükafatçılarla birlikdə onlayn bağlantı olacaq, bu arada ödülçülər diplom və medallarla təltif olunacaqlar", - məlumatda deyilir.

Qeyd edək ki, ənənəvi olaraq mərasim 10 dekabrda təşkil edilir, mükafatlar İsveç Kralı tərəfindən təqdim olunur.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR