Peskovdan Zelenskiyə məsləhət: “Putinin əlini sıxanda, ona bu haqda heç nə demə...”

Peskovdan Zelenskiyə məsləhət: “Putinin əlini sıxanda, ona bu haqda heç nə demə...”

Ukrayna prezidenti Vladimir Zelenski Putinin əlini sıxacağı zaman ona Krımla bağlı nəsə deməsə, daha yaxşı olar. 

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Xatıladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski "1+1” telekanalındakı "Pravo na bladu” proqramının efirində Rusiya prezidenti Vladimir Putinlə əl-ələ görüşdüyünü təsdiqləyib.

Zelenski onu da deyib ki, əl sıxmadan dialoqa başlamaq çətindir: "Bu olmadan bir şey haqqında necə razılığa gəlmək və problemləri necə həll etmək olar?".

Prezident vurğulayıb ki, sabah Ukraynaya müvəqqəti işğal edilmiş Donbası geri qaytarsa, Putinin əlini daha 10 dəfə sıxa bilər. 

"Ancaq Krımı geri qaytarsalar, Rusiya liderinin əlini 100 dəfə də sıxa bilərəm. Biz həqiqətən də müharibənin başa çatmasını istəyirik. Deməli, danışmalıyıq”, - Zelenski deyib.

Krım haqda Putinə nəsə deməyi məsləhət bilməyən Peskov əlavə edib ki, Minsk razılaşmaları həyata keçirildikdən sonra Donbassı geri qaytara bilərlər.

Alpər

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR