Siyasət 10:15 12.04.2018

Petro Poroşenko: "Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm"

Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter" rəsmi səhifəsində bildirilib.

Təbrik müraciətində deyilir: "Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!"