Pirşağı zülmətə qərq olub - Qəsəbədə işıq yoxdur

Pirşağı zülmətə qərq olub - Qəsəbədə işıq yoxdur

Sabunçu rayonu, Pirşağı qəsəbəsində hər gün elektrik enerjisinin verilişində problemlər yaranır. 

Bu haqda Qaynarinfo-ya məlumat verən sakinlər deyirlər ki, "Azərişıq"ın 199 xidməti şikayətləri qeydə alsa da, tədbir görülmür. 

"Yağış yağdı, bir balaca külək əsdi, işıqlar sönür. Əvvəllər sözümüzü 199 eşitməyəndə sahə rəisinə çatdırırdıq, o da tez tədbir görülməsinə nail olurdu. İndiki sahə rəisinin adının Eldəniz olduğunu bilirik. Adam telefonu götürmür, şikayəti dinləmir. Bilinən odur ki, transformatora cərəyan verilən yüksək gərginlikli kabel bərbad vəziyyətdədir. Yağış yağdı, külək oldu qısaqapanma baş verir və 5-6 saat işıqsız qalırıq", deyə şikayətçilərdən biri bildirib.

Xatırladaq ki, bu ilin mayında prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyeva Pirşağı qəsəbəsində olublar. Qəsəbədə yenidənqurma işləri ilə bağlı tapşırıqlar verilib. 

Seyid
XƏBƏRLƏR
BLOGLAR
X