"Bu, səhv məlumatdır”.
Qaynarinfo xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan küçənin guya şəhid general-mayor Polad Həşimovun adına verilməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib. Mətbuat xidmətinin rəhbəri bildirib ki, şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib:
"Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəsinə adının verilməsi bir sıra KİV-lərdə yanlışlıqla işıqlandırılıb. Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib”.
Qeyd edək ki, mətbuatda şəhid general-mayor Polad Həşimovun adına verilən küçənin əvvəllər Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun adına olması haqqında məlumat yaylılıb. Bu isə cəmiyyətdə narazılığa cəbəb olub.
Bahar Rüstəmli
Şərhlər