Ölkə 09:37 16.07.2020

Polad Həşimovun adını əbədiləşdirmək üçün müsabiqə elan edildi

Müstəqil.Az saytı və "Dənizçilərə Sosial Dəstək”İctimai Birliyi  şəhid general   Polad Həşimovun  adını daha da əbədiləşdirmək məqsədi ilə şeir və hekayə müsabiqəsi elan edir.

Bu haqda Qaynarinfo-ya saytın baş redaktoru bə İctimai Birliyin sədri Faiq Balabəyli məlumat verib.

Müsabiqəyə təqdim olunan şeir və həkayələr kitab halında dərc olunacaq.

Müsabiqədə qalib olanlar mükafatlanacaq.

1 – ci yerin sahibi 500 manat, fəxri fərman
2- ci yerin sahibi 300 manat, fəxri fərman
3- ci yerin sahibi 200 manat, fəxri fərman
4-cü və 5-ci yerin sahiblərinə 100 manat, fəxri fərman.
 

Müəlliflərdən xahiş olunur ki, əsərlərini [email protected] ünvanına göndərsinlər.