Video 17:36 05.07.2020

Polis “Fairmont Baku”da əməliyyat keçirdi: Saxlanılanlar var (VİDEO/YENİLƏNİB)

Polisin keçirdiyi əməliyyat nəticəsində "Fairmont Baku" oteldə 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. 

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda onlar barəsində araşdırma aparılır və nəticəyə uyğun olaraq hüquqi addımlar atılır. İctimaiyyətə geniş yekun məlumat veriləcək.
 
17.00

"Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirir.

Qaynarinfo-nun xəbərinə görə, hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir.

Hazırda əməliyyat davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə "Fairmont Baku" hotelinin müştəriləri karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.