Xəbər lenti

Dünya 09:51 11.04.2021

Polis oğurluq edən meymunları və sahiblərini yaxaladı

Hindistanın paytaxtı Nyu-Dehlidə polis meymunlara yoldan keçənlərdən oğurluq etməyi öyrədən iki nəfəri saxlayıb.

"Report” xəbər verir ki, bu barədə "Al Arabiya” bildirib.

Onlarla bağlı ərizəni yerli vəkil yazıb.

Qeyd edilir ki, hüquqşünas heyvanların onun ciblərindən altı min rupi oğurladıqlarını görüb. Meymunlarla birlikdə kişilər qaçıblar.

Asayiş keşikçiləri onlardan ikisini avtobus dayanacağında saxlamağa müvəffəq olub. Üçüncü cinayətkar qaçaraq gizlənməyi bacarıb. Bundan sonra meymunları heyvanların xilasetmə mərkəzinə göndəriblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->