Sosial şəbəkələrdə polisin vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. Məlumatda iddia olunub ki, polislər məktəbli övladlarının gözü qarşısında vətəndaşı saxlayarkən onu döyüblər.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin zaman polislər vətəndaşı döyməyiblər: "Polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Araşdırmalar aparılır”.
Şərhlər