Siyasət 13:09 10.05.2021

Politoloq Paşinyanın "türklərlə düşmənçiliyin aqibəti" fikrini şərh etdi

"Nikolun sözlərində böyük bir qüsur var". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "türklərlə düşmənçilik idarəolunan olmalıdır" fikirini şərh edərkən deyib. Onun sözlərinə görə, Paşniyan əslində türklərlə düşmənçiliyin ümumiyyətlə, lazım olduğunu deməliydi:

"Deməliydi ki, biz ümumiyyətlə, türklərlə düşmən olmamalıyıq və türk xalqı, dövləti ilə dost, mehriban qonşu olmağa çalışmalıyıq. Amma bunun əvəzinə deyir ki, biz türklərə qarşı düşmənçiliyi idarəetməyi öyrənməliyik. Bu bir tərəfdən gerçək mövqedir. Çünki türklərə qarşı düçmənçilik erməni xalqının qəlbində dərin səpkidir və ürəyinə dərin köklər buraxıb. Amma digər tərəfdən də yazıq deyir ki, düşmənçiliyin də həddi olar". 
 
 

Zərdüşt Əlizadə hesab edir ki, Nikol Paşinyan əslində başqa bir məqsəd qoymalıydı:

"Deməliydi ki, türk xalqına düşmənçilik hissinu unutmayıyıq. Bu, erməni xalqına  böyük ziyan və xətalar gətirir".

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib ki: "Biz uşaqlara dinc, sabit bölgə saxlamalıyıq və düşmənçilik idarəolunan olmalıdır. Əks təqdirdə, təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətlə üzləşmək olar".

Bahar Rüstəmli