Dünya 10:21 13.10.2019

Polşada parlament seçkiləri keçirilir

Bu gün Polşada parlament seçkiləri keçirilir.

Qaynarinfo xəbər verir ki, seçkilərdə parlamentin aşağı palatasına 460, Senata isə 100 deputat seçilməlidir.

Ölkədə 30 milyondan çox vətəndaş seçki hüququna sahibdir. Partiyalar parlamentdə iştirak hüququ əldə etmək üçün 5%-lik bariyeri aşmalıdır.

Aşağı palatadakı 460 yer uğrunda 5112 nəfər, Senatdakı 100 yer uğrunda isə 278 namizəd mübarizə aparır.

Seçki prosesi yerli vaxtla 21.00-a qədər davam edəcək.

Gülşən