Dünya 15:14 10.08.2020

Polşadan AB-yə Belarusla bağlı təcili sammit çağrışı: “Laqeyd qalmaq olmaz”

Belarusda kütləvi etirazlar fonunda Polşanın Baş naziri Mateuş Moravietski Aİ-nin fövqəladə zirvə toplantısını keçirmək təşəbbüsü ilə çıxış edib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Belarusun buna "cavabdeh olan” qonşuları prezident seçkilərindən sonrakı vəziyyətə laqeyd qala bilməz.
Moravetski Avropa Şurasının rəhbəri Çarlz Mişelə və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə yazdığı məktubda Belarusidakı hadisələrlə əlaqədar təcili olaraq Aİ sammitini çağırmağı təkilif edib.

Qeyd olunur ki, etiraz aksiyaları zamanı Belarus hakimiyyəti ölkədə dəyişiklik tələb edən vətəndaşlarına qarşı güc tətbiq edib.

"Belarusların azadlıq yolunda səylərini dəstəkləməliyik. Buna görə də Polşa hökuməti başçısı Avropa Şurasını bu məsələdə razı salmaq təşəbbüsü göstərib", - xəbərdə deyilir.

Xatırladaq ki, Belarusdakı son prezident seçkisində Aleksandr Lukaşenkonun əsas rəqibi səsvermənin rəsmi nəticələrini tanımaqdan imtina edib.
MSK-nın rəsmi məlumatına görə, vətəndaşların 80,23%-i Lukaşenkoya, 9,9%-i isə Tixanovskayaya səs verib. Sonrakı yerlərdə Anna Konopatskaya 1.68%, Andrey Dmitriev 1.04% və Sergey Çereçen 1.13% səs ilə gəlir. 6,02% hamıya qarşı səs verib.

Seçkilərdən sonra bütün ölkə kütləvi etirazlar baş qaldırıb, bu müddət ərzində 200-dən çox insan həbs olunub, onlarla insan yaralanıb, bir nəfər ölüb.
 
Alpər