Prezident İlham Əliyev Kərim Kərimovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Kərim Kərimovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Kərim Kərimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə Kərim Məmmədxan oğlu Kərimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
XƏBƏRLƏR
BLOGLAR