Ölkə 16:43 05.03.2020

Prezident onu nazir müavini təyin etdi

Səhiyyə Nazirliyində yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Viktor Qasımov Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Bununla da Səhiyyə nazirinin müavinlərinin sayı 4-ə çatıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a fakt təsdiqlənib.

Qeyd edək ki, V.Qasımov bu təyinata qədər Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri vəzifəsində çalışıb.