Prezident Səyyad Aranla bağlı sərəncam imzaladı

Prezident Səyyad Aranla bağlı sərəncam imzaladı

Səyyad Adil oğlu Salahlı (Səyyad Aran) "Şöhrət” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Aran 1952-ci il yanvarın 15-də İmişli rayonunda anadan olub. Sabah onun 70 yaşı tamam olur. S.Aran 2012-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir.
XƏBƏRLƏR
BLOGLAR
X