Prezident və birinci xanım Heydər Əliyevin anım günü münasibətilə paylaşım etdi (FOTO)

Prezident və birinci xanım Heydər Əliyevin anım günü münasibətilə paylaşım etdi (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Facebook” səhifəsində Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı paylaşımda Heydər Əliyevdən "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sitatını gətirib.
 


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da "Instagram” hesabında Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib.

"Bu gün - 12 dekabr - Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram" deyə Mehriban xanım qeyd edib.
 


Xatırladaq ki, bu gün lider Heydər Əliyevin vəfatından 16 il ötür.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR