Siyasət 18:26 29.10.2020

Prezident Vəng kəndinin adının Çinarlıya dəyişdirilməsini təsdiqlədi

Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndi Çinarlı kəndi adlandırılıb.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu imzalayıb.