Ölkə 19:42 07.05.2021

Prezidentdən oğlu şəhid olan Xalq artisti ilə bağlı sərəncam

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sərəncamın şamil olduğu sənətçilər arasında Xalq artisti Əli Nur da var.

Sərəncama əsasən, Nurzadə Əli Qayıb oğluna Prezidentin fərdi təqaüdü verilib.

Qeyd edək ki, Əli Nur Vətən müharibəsində şəhid olan, baş leytenant Rövşən Nurzadənin atasıdır.