Ölkə 15:45 26.07.2021

Prezidentin köməkçisi: "Azərbaycanda quru sərhədlərinin açılması müzakirə olunmur"

"Azərbaycanda yaxın müddət ərzində quru sərhədlərinin açılması müzakirə olunmur”.

"Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

Şöbə müdiri bildirib ki, məsələ hazırda müzakirə mövzusu deyil.