Siyasət 13:31 02.12.2021

Prezidentin köməkçisi jurnalistlərə müraciət etdi

"Ermənistan mediasında kifayət qədər fayknyus xarakterli məlumatlar yayılır”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycanın media nümayəndələrinə müraciət edib: "Ermənistan mediasına istinadları minimuma endirək. Çünki kifayət qədər saxta, yalan məlumatlar yayılır. Bu, Ermənistanın daxilndə gedən proseslərlə bağlıdır. Ermənistanın öz daxilində müxtəlif daxili istehlak naminə və qəbildən olan məlumatlar atılmaqdadır”.