Video 17:54 28.11.2020

Prezidentin köməkçisi “Qarabağ” klubu ilə Ağdamda futbol oynadı (VİDEO)

Ağdamın "Qarabağ” klubu 27 illik həsrətdən sonra ilk dəfə doğma məkanda futbol oynayıb. 

Bu barədə Haber Global görüntüləri yayımlayıb.

Həmin görüntülərdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də futbolçularla birlikdə futbol oynayır. Bu simvolik matç diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində keçirilib.