Prezidentlər Füzuli aeroportunun açılışını nə vaxt edəcək? - Tarix açıqlandı

Prezidentlər Füzuli aeroportunun açılışını nə vaxt edəcək? - Tarix açıqlandı

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Füzuliyə səfər edəcəklər.

Qaynarinfo "Habertürk”ə istinadən xəbər verir ki, Prezidentlər Şuşa şəhərinin azad olunmasının birinci ildönümündə Füzuli hava limanının açılışını edəcəklər.

Qeyd edək ki, oktyabrın 5-i Bakıdan uçan AZAL-a məxsus ən böyük "Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında, Füzuli beynəlxalq hava limanında eniş edib. Bununla yanaşı, elə həmin gün Azərbaycanın "Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400” tipli hava gəmisi Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

XƏBƏRLƏR
BLOGLAR
X