Professor: “Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır

Professor: “Koronavirusdan qorunmaq üçün əlcək taxmaq yanlışdır"

İşə və ya alış-veriş etməyə gedərkən əlcəklərdən istifadə qoruyucu deyil və virusun daha çox yayılmasına səbəb olur”.
 
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bunu koronavirus təhlükəsindən qorunmaq haqqında danışarkən professor Ata Nevzat Yalçın deyib.

Professorun sözlərinə görə, bu əlcəklər əllərin təmiz qalmasına mane olur:

"Əlcəkdən istifadə hansısa yerdən götürülən virusu sonrada toxunulan hər yerə yayılması riskini artırmış olur. Əlcəklərin üzərində virus uzun müddət qala bilər. Əlcək istifadəsi yanlış qoruyucu vasitə növüdür. Virusa tutulmamaq üçün fərdi gigiyenaya diqqət yetirmək əsasdır. Əlcəklərdən yalnız tibb işçiləri istifadə etməlidir. Çünki şübhəli xəstələrlə onlar daha çox təmasda olur”. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR