Ölkə 18:29 23.09.2020

Professor məktəblərdə koronavirusun yayılmasına aydınlıq gətirdi

"Hesab edirəm ki, vəziyyət dramatikləşsə, dövlət hansısa tədbirləri görmək məcburiyyətində olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla məktəblərdə koronavirusun yayılmasına aydınlıq gətirərkən deyib. O qeyd edib ki, karantin qaydalarına əməl etmək ən vacib şərtlərdən biridir:
 
 

"İnsanlar anlamalıdırlar ki, bizim indiki vaxtda yenidən sərt tədbirlərə qayıtmağımız çətin olacaq. Bu baxımdan da karantin qaydalarına riayət eləmək lazımdır. Məktəblərdə dizenfeksiya işlərinə ciddi fikir verilməlidir. Bütün sinif otaqları dizenfeksiya olunmalıdır. Hər tənəffüs vaxtı partaların üstü silinməlidir. Valideynlər məktəbə gələrkən maskadan istifadə etməlidir”. 

Adil Qeybulla bildirib ki, bütün bunlara əməl olunsa, virusa yoluxmanın qarşısını ala bilərik.

Bahar Rüstəmli