Qlobal iqlim dəyişikliyi təkcə ekoloji fəlakətlərə səbəb olmayacaq, eyni zamanda insan fiziologiyasına da təsir edəcək.
Qaynarinfo xəbər verir ki, bu sözləri İstanbul Texniki Universiteti (İTÜ) Aeronavtika və Astronavtika fakültəsinin müəllimi, proffessor Miqdat Kadıoğlu deyib.
Qaradənizlilərin uzun burunlu olmasının həmin ərazinin soyuq və nəmli olmasından qaynaqlandığını, istiliyin artdıqca insan burnunun da kiçiləcəyini bildirən Kadıoğlu, beləliklə, qaradənizlilərə xoş xəbəri olduğunu, burnunlarının kiçiləcəyini, daha yastı olacağını müjdələyib.
"Burnun vəzifəsi xarici havanı ağciyərə uyğunlaşdırmaqdır. Bunun üçün də, soyuğa, rütubətə görə müəyyən bir uzunluqda olmalıdır. Hava istiliyi nə qədər artsa, burnun uzunluğu da o qədər azalacaq. Eynilə Afrikada olduğu kimi. Afrikada getdikcə insanların burnu daha da kiçilir. Çünki orada havanın temperaturu bədən istiliyinə çox yaxındır. Havanı alıb çox isitməyə gərək qalmır”, - Kadıoğlu deyib.
Qeyd edək ki, 2000-ci ildə Rizədə "Çay TV” tərəfindən təşkil edilən "Qızıl burun” yarışmasında 8,8 santimetrlik burnuyla birinci olan Məhmət Özyurək dünyanın ən uzun burnuna sahib olmasına görə Ginnesin Rekordlar Kitabına daxil edilib.
Şərhlər