Ölkə 15:21 16.05.2021

Prokurorluğun əməkdaşı vəfat etdi (FOTO)

Prokuror köməkçisi ürək tutmasından vəfat edib.

Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, Qusar rayon prokurorunun köməkçisi Elşən Məmmədov dünyasını dəyişib. 45 yaşlı E. Məmmədovun yaşadığı evdə qəfil ürəktutmasından öldüyü bildirilir.

Qeyd edək ki, E. Məmmədov əvvəllər Sumqayıt şəhər prokurorluğunda işləyib.