Foto 17:35 23.03.2019

Provaslav ənənəsi: bu uşaqlar odla oynayırlar (FOTOLAR)

Rumıniyanın Tansilvaniya bölgəsində hər il bu zamanlar qeyri-adi mərasim keçirilir.

Qaynarinfo AFP-yə istinadən xəbər verir ki, bölgədə yaşayan insanlar bir tərəfdən oruc tutur, digər tərəfdən də şin yandıraraq, pis ruhları qovmağa çalışırlar. Mərasim Pasxa bayramından 40 gün öncə, orucun başladığı gün qeyd olunur. Provaslavlar bu orucu "Böyük pəhriz" adlandırırlar. Lakin provaslav orucu bildiyimiz orucdan fərqlidir. Belə ki, Pasxa bayramına qədər oruc tutan insanlar ət, balıq, yumurta və süd məhsulları yeməkdən imtina edirlər.

Novruzda yandırılan tonqallara bənzəyən mərasimdə isə gənclər şinlərə zəncir keçirərək, başlarının üzərindən fırladır və beləliklə pis ruhları qovduqlarına inanırlar. Şin fırlatma mərasiminə gənclərlə yanaşı azyaşlı uçaqlar da qatılır.
 
İlk baxışdan müharibəni xatırladan mərasimin fotolarını təqdim edirik: