Dünya 13:54 10.04.2021

Psaki: ABŞ Rusiya ilə bağlı fəaliyyət planını dərc etməyə hazırlaşır

Ağ Evin sözçüsü Cennifer Psaki ABŞ hökumətinin yaxın zamanda Rusiya ilə bağlı daha bir fəaliyyət planını dərc etmək niyyətində olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, o, görünən və görünməyən nəticələrin olacağını təsdiqləyib.

"Bu barədə tezliklə məlumat verəcəyimizə ümid edirik", - Ağ Ev sözçüsü deyib.

Beləliklə Psaki "Bloomberg” nəşrinə cavab verib ki, Vaşinqton Rusiyaya qarşı bəzi fəaliyyətləri ilə bağlı, məsələn, haker hücumlarına görə yeni sanksiyalar tətbiq etməyi düşünür.
 
Alpər