Xəbər lenti

Pula qənaətin yeni formulu
Ölkə 16:38 07.03.2013

Pula qənaətin yeni formulu

Azərbaycanı yeni marketinq dalğası bürüməyə başlayır – endirim satan saytlar.

Bu yeniliyin bu yaxınlarda, 2008-ci ildə ABŞ-da yaranmasına baxmayaraq qısa zamanda bütün dünyanı əhatə edib. Bunun da əsas sirri ondan ibarətdir ki, diskont (endirim) saytları sahibkarlara pulsuz reklam, əhali üçün böyük və real endirimlər bəxş edir.

Belə xidmət növü ilk dövrlərdə yalnız müəyyən bir qrup insanın kupon alacağı təqdirdə baş tuta bilərdi. Lakin bu gün endirim saytlarının populyarlığı bu şərtdən imtina etməyə və beləcədə endirim xidmətinin istifadəçilər üçün daha əlçatan olmasına şərait yaradıb.

Bir sözlə, müştərinin mal və xidmət təqdim edən tərəflə “qiymət öldürmək” kimi ənənəvi (əsasən də azərbaycanlılar üçün) prosesini kupon saytları öz üzərinə götürür. 

Bəs sahibkarlar hansı mənfəəti əldə edirlər? Sahibkar endirim saytı ilə əməkdaşlıq edərkən öz yeni mal və xidmətinin bazarda tanıdılması üçün əlavə xərc çəkmədən reklam etmək şansını qazanır. Həmçinin nəzərə almaq lazımdır ki, reklam aksiyası həmişə öz məqsədli auditoriyasına çatmaya bilər, endirim aksiyası isə öz eksklüzivliyi və müvəqqətiliyi ilə alıcıları cəlb edir.

Müştərilərin xeyri nədir? Müştəri kupon üçün xərclədiyi vəsaitdən dəfələrlə böyük həcmli pula qənaət etmiş olur. 

Bəs kupon aqreqatorları üçün sərfəlilik nədir? İnternet marketinqin inkişafı ilə bütün əməliyyatlar onlayn rejimdə həyata keçirilir. İnternet isə elə bir alətdir ki, günə yüzlərlə kupon satmağa imkan verir.

Belə görünür ki, hər şey əladır. Lakin, internetdə bir çox şərhçilər var ki, bu servisə inanmır və kupon sahiblərinə yüksək səviyyəli xidmətin göstərilmədiyini bildirir. Digər tərəfdən əhalini artıq 70-80%-lik endirimlərlə təəccübləndirmək olmur, çünki qiymətlərə baxanda hər kəs başa düşür ki, endirim etməmişdən 1 gün qabaq qiymətlər süni şəkildə 120-200% qaldırılıb.

Bütün şübhələri dağıtmaq üçün endirim aksiyasının təşkilatçılarına müraciət edək.

Azərbaycanda ilk kupon saytlarından olan www.bonuslar.az rəhbəri Murad Əliyev bildirib ki, ölkədə internet ticarətin inkişafı əhalinin diskont saytlarına marağını artırır. “İlk növbədə müştərilər razı qalmalıdır və bunun üçün biz yalnız özünü təsdiqləmiş sahibkarlarla əməkdaşlıq edirik. Çünki istənilən müştəri bir dəfə xidmətdən narazı qalarsa, sonradan heç bir aksiya üçün vaxtını və pulunu sərf etməyəcək. Digər tərəfdən tərəfdaşlarımızla endirim aksiyasının şərtlərini detallı şəkildə dəqiqləşdiririk və alıcılara şərtlərlə ətraflı tanış olmaq tövsiyə olunur. Kupon saytı alıcılar və satıcılar üçün bir növ platformadır və bu alıcılar üçün pula qənaət, satıcılar üçün reklam xərclərinə qənaət deməkdir”, - Əliyev deyib.

Böyük endirimlərin sirləri barədə "Cahan Studio" gözəllik salonunun rəhbəri Gülnara Xəlilova danışır. “Bizim studiya fəaliyyətə nisbətən yeni başlayıb. Şəhərin mərkəzində yerləşməsi və yüksək peşəkarlığı olan ustaların cəmləşməsi bizə öz gücümüzə inam verir – yəni bir dəfə bizim salona gələn xanım gələcəkdə bizim daimi müştərimizə çevriləcək. Bu səbəbdən bir ay ərzində 75-85% endirim təqdim etməklə bir növ qadınlar üçün çox kiçik məbləğə keyfiyyətli xidmət əldə etmək şansını yaradırıq. Biz isə onlara elə xidmət etməliyik ki, həmin qadınlar bizim daimi müştərilərimizə çevrilsin”, - Gülnara xanım deyir.

Qənaət – böyük bacarıq tələb edir. Hər kəsi “Necə az xərcləyib çox ala bilərəm?” sualı maraqlandırır. Bu sual daha çox brend dükanlarda və bahalı restoranlarda menyuya baxan zaman doğur. Belə görünür ki, marketinqin nou-xausu – endirim saytları bu problemi həll etməyə və eyni zamanda həm özləri, həm tərəfdaşları üçün mənfəət əldə etməyə yönəlib.

Nail

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->