Xəbər lenti

Putin 5 rayonu Azərbaycana qaytarmaq üçün Bakı qarşısında 3 şərt qoydu
Siyasət 10:13 04.11.2017

Putin 5 rayonu Azərbaycana qaytarmaq üçün Bakı qarşısında 3 şərt qoydu

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt qoyduğu məlum olub.

"Qaynarinfo" xəbər verir ki, bu barədə politoloq, "Atlas” araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, inandığı etibarlı qaynaqdan əldə etdiyi məlumata görə birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmasıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir.

Başqa məlumatlar da var. "Atlas” Araşdırmalar Mərkəzi bu barədə geniş təhlil hazırlayır.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->