Rusiya prezidenti Vladimir Putin NATO-ya orta və uzaq mənzilli raketlərlə bağlı yeni sövdələşmə təklif edib.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, Putin 9M729 raketlərini Avropada yerləşdirməkdən imtina edə bilər.
"Rusiya 9M729 raketlərini Avropada yerləşdirməkdən imtina edə bilər. Amma bunun üçün NATO ölkələri, o cümlədən ABŞ da analoji addım atmalıdır”-deyə Putin söyləyib.
Rusiya lideri ABŞ-ın yaxın və orta mənzilli raketlər barədə müqavilədən çıxmasını səhv addım hesab edib.
Şərhlər