Dünya 16:03 15.06.2021

Putin neftçalalı generalı rəis təyin etdi

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskva Dövlət Yol Polisi İdarəsinin rəis müavini general-mayor Aleksandr Bıkov sözügedən qurumun rəisi vəzifəsinə təyin edilib.

HİT.Az xəbər verir ki, Aleksandr Bıkov Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. O, ibtidai təhsilini Bankə qəsəbəsində yerləşən Səməd Vurğun adına 2 saylı orta rusdilli məktəbdə alıb. Sonradan Rusiyaya köçüb. 

Aleksandr Bıkovun 42 yaşı var.