Dünya 16:40 04.06.2018

Putin və Kim Çen birarada: sentyabrda görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In sentyabr ayında görüşə bilər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Putin Kimi iki ölkə sərhədində yerləşən Vladivostoka dəvət edib. Lakin görüşün yeri və vaxtı barədə yekun qərar qəbul edilməyib. 

Qeyd edək ki, Kim Çen In ötən günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Pxenyanda görüşmüşdü. Şimali Koreya lideri 12 iyunda Sinqapurda ABŞ prezidenti Donald Trampla bir araya gələcək.

Gülşən